BMT Təhlükəsizlik Şurasında Qəzzaya humanitar yardımların maneəsiz daxil olması üçün hərbi əməliyyatların dayandırılmasını tələb edən qətnamə layihəsinin səsverməsi razılaşma əldə olunmadığı üçün üçüncü dəfə təxirə salınıb.

"Unikal" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) keçirilməsi planlaşdırılan Qəzza sessiyasının növbəti dəfə təxirə salındığı açıqlanıb.

Bu təxirə salınma ilə Qəzzayla bağlı 3 iclas planlaşdırıldığı kimi keçirilə bilməyib.