ABŞ iki ildən artıq həbsdə olan Venesuelanın diplomatik nümayəndəsi Aleks Saabı azad edib.

"Unikal" xəbər verir ki, bu barədə Venesuelanın İnformasiya və Rabitə Nazirliyinin bəyanatında deyilir.

Venesuela prezidenti Nikolas Maduronun diplomatik nümayəndəsi və yaxın müttəfiqi olan Saab ABŞ sanksiyaları fonunda Venesuelaya ərzaq və dərman tədarükünü təmin etmək üçün xaricə səfər edib. Diplomat 2020-ci il iyunun 12-də təyyarəsi yanacaq doldurmaq üçün texniki eniş edən Kabo-Verdedə ABŞ-nin tələbi ilə saxlanılıb. 2021-ci ilin oktyabrında o, Amerika banklarından 350 milyon dolları yumaqda ittiham olunaraq ABŞ-yə ekstradisiya edilib.

Nuranə Abbasova