Çexiya Rusiyanı birbaşa təhlükəsizliyə təhdid və potensial hərbi rəqib kimi görür.

"Unikal"ın məlumatına görə, bunu Çexiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Karl Rzeçka ordunun inkişafının yeni konsepsiyasına giriş nitqində deyib.

“Rusiya təhlükəsizliyimizə birbaşa təhdid və potensial hərbi rəqibdir. Bizim məqsədimiz müharibədən qaçmaq və Avropada kütləvi zorakılıq ehtimalını azaltmaqdır”, - deyə general vurğulayıb.