Ukrayna Silahlı Qüvvələri Rusiya ilə münaqişədə hər gün 800 hərbçisini itirir.

"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın “Focus” nəşri məlumat yayıb.

KİV-in məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin itkiləri gündə 800 nəfər təşkil edir. Bu o deməkdir ki, bir ay ərzində Kiyev 20 mindən çox hərbçi cəlb etməlidir.

Materialda qeyd olunur ki, Ukrayna hərbçiləri rotasiya etmək üçün muzdlulardan istifadə edir. Onların bəziləri artıq təmas xəttindədir.

Daha əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiyasında bildirib ki, Ukrayna Silahlı Qüvvələri xüsusi əməliyyat başlayandan indiyədək 383 mindən çox hərbçi həlak olub və yaralanıb.

Gülayə Mecid