Stomatoloji klinikaların və gözəllik salonların tullantıları tibbi tullantılar siyahısına daxil edilməlidir.

"Unikal" xəbər verir ki, bu təkliflə Milli Məclisin komitə sədri Musa Quliyev parlamentdə “Tibbi tullantıların idarə olunması” mövzusunda keçirilən ictimai dinləmədə çıxış edib.

M.Quliyev bildirib ki, harda iynədən istifadə olunursa və nəticədə qan çıxırsa deməli burada təhlükə var: “Bu günün statistikasında baxarsaq görərik ki, hepatit və İİV virusunun yaranmasının böyük mənbəyi məhz həmin yerlərdir. Tibbi tullantılarla bağlı qanunvericilik sənədində dəyişiklik təklif ediriksə, hesab edirəm ki, həmin yerlərin tullantıları da tibbi tullantılar siyahısına daxil edilə bilər”.