ABŞ-ın Alyaska ştatının bir hissəsi olan Aleut adaları yaxınlığında 6,3 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələ eyniadlı adada yerləşən Adak şəhərindən 106 kilometr aralıda qeydə alınıb.
Zəlzələnin episentri Rusiyanın Anadır şəhərindən 1540 kilometr, Petropavlovsk-Kamçatski şəhərindən 1766 kilometr aralıda yerləşib. 
Mümkün tələfat və dağıntılar barədə məlumat verilməyib.