Almaniya səfərbərlik üçün Kiyevi tərk etmiş ukraynalıları ölkəsinə təhvil verməkdən imtina edib.

"Unikal" xəbər verir ki,  bu barədə Alamniyanın ədliyyə naziri Marko Buşman məlumat yayıb. 

Onun sözlərinə görə, Almaniya qaçqın ukraynalıları Ukrayna Silahlı Qüvvələrinin (AFU) sıralarına çağırış prosedurundan keçməyə məcbur etməyəcək. Üstəlik, o qeyd edib ki, ölkə ukraynalıların işlə təmin olunmasına çalışır. O, Ukraynadakı səfərbərliyin  Almaniyada yaşayan qaçqınlara təsir etməyəcəyinə inandırıb.

Gülayə Mecid