"Biz ildə bir dəfə seçki keçirməyə hazırıq. Müxalifət isə ümumiyyətlə seçkilərə getməyə hazır deyil. Onlar hətta bələdiyyə seçkilərində də iştirak edə bilmirlər". 

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinq zamanı deyib. 

Simonyan bildirib ki, müxalifət hansısa gündəm qurur, sonra o gündəmə qarşı mübarizəyə başlayır: "Demokratik hakimiyyətə heç kim nəyisə zor gücüylə etdirə bilməz. Ruslar Robert Köçəryanı, Serj Sarkisyanı məcbur edə bilərdi, lakin bizi məcbur edə bilməz, çünki heç kimin bizə təsir rıçaqları yoxdur". 

Ağarza Elçinoğlu