"İndi istəyirsiniz ki, Ermənistan Respublikası Parlamentinin sədri birbaşa Rusiya Federasiyasını ittiham etsin. Təbii ki, bu, olmayacaq, mən belə bir açıqlama verməyəcəyəm". 

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinq zamanı jurnalistlərə deyib. 

O, qeyd edib ki, Ermənistan əhalisi reallığı çox gözəl bilir: "Qarabağda məyusluq var idi. Yadınızdadırmı, Qarabağ erməniləri necə Z hərfini çəkir, Putinin şəklini qaldırır, “Sağ ol, Rusiya” yazırdılar? Amma hər şey bir dəqiqə ərzində dəyişdi və biz gördük ki, ruslar erməniləri öz fəaliyyətsizliyi ilə Qarabağdan getmələrinə necə icazə verdilər, onları müşayiət etdilər. Qoy insanlar indi bunun nəticələrini çəksinlər. Hesab edirəm ki, indi birbaşa açıqlamalar verməyim lazım deyil".

Ağarza Elçinoğlu