Rusiya onun aktivlərini ələ keçirmək qərarına gələnləri tək qoymayacaq və bu qərarlara hüquqi etirazlar axtaracaq.

"Unikal" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. 

“Bunu həyata keçirənlər başa düşməlidirlər ki, Rusiya bunu edənləri heç vaxt tək qoymayacaq və beynəlxalq, milli və digər hüquqi etiraz hüququndan istifadə edəcək”, - Peskov vurğulayıb.

Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Rusiya aktivlərinin qanunsuz ələ keçirilməsi son dərəcə təhlükəlidir və beynəlxalq maliyyə sisteminə zərbə vura bilər.