Çində həkim 82 yaşlı xəstəni göz əməliyyatı zamanı yumruqlayıb. Hadisənin görüntüləri dərc edildikdən sonra həkim barəsində araşdırmalara başlanılıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə 2019-cu ildə Çinin Quiqanq şəhərindəki göz xəstəxanasında baş verib. 

Belə ki, əməliyyat otağının təhlükəsizlik kamerasına düşən görüntülərdə həkimin yaşlı qadın xəstənin üzünə 3 yumruqla vurduğu əks olunub.   

Görüntülər ortaya çıxdıqdan sonra həkim vəzifəsindən uzaqlaşdırılıb və xəstəxana müdiri işdən çıxarılıb.

Xəstəxana rəhbərliyinin əməliyyatdan sonra üzr istədiyini və 500 yuan təzminat ödədiyini bildirən qadının oğlu yerli mətbuata açıqlamasında anasının sol gözünün kor olduğunu bildirib.