Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa gedib. 

"Unikal" xəbər verir ki, bu barədə Türkmənistanın TDH dövlət agentliyi məlumat yayıb.

Aşqabad Birliyin fəaliyyətində yalnız assosiativ üzv kimi iştirak edir, lakin Berdiməhəmmədov mütəmadi olaraq təşkilatın sammitlərində çıxış edir. 

Belarus, Qazaxıstan və Ermənistan liderləri artıq dekabrın 25-dən Sankt-Peterburqdadırlar. Azərbaycan prezidenti İlham Əliyevin bu gün Sankt-Peterburqa səfər edəcəyi bildirilir. 

Ağarza Elçinoğlu