İsrail Baş naziri Benyamin Netanyahu Qəzzanın şimal hissəsinə səfər edib. 

"Unikal" xəbər verir ki, Netanyahunu Baş Qərargah rəisinin müavini general-mayor Əmir Baram müşayiət edib.

Əsgər və komandirlərlə danışan Netanyahu, mübarizəni sona qədər davam etdirəcəyinə söz verib: "Sizdən həyatınızı qorumaq üçün hər şeyi etməyi xahiş və tələb edirəm. Bir missiya var, bunu etməlisən, amma eyni zamanda canını qorumaq üçün də hər şeyi etməlisən. Əgər kimsə sizə desə ki, müharibəni dayandıracağıq, inanmayın. Müharibə bitməyib, müharibə sona qədər davam edəcək". 

Ağarza Elçinoğlu