Məşhur kolumbiyalı müğənni Şakiranın doğulduğu Barankilya şəhərində abidəsi ucaldılıb.
"Unikal" xəbər verir ki, bu barədə 46 yaşlı sənətçi sosial şəbəkədə paylaşım edib. O, valideynlərinin və qardaşının altı metrdən hündür olan bronz heykəlinin qarşısında lentə alınan şəkilləri izləyiciləri ilə bölüşərək bunları qeyd edib:
"Valideynlərimlə və xüsusən də anamın ad günündə bunu paylaşmaq məni xoşbəxt edir. Valideynlərim, qardaşım, bələdiyyə sədri və mən ona baxırıq! Ah bu fədakarlıq. Bu mənim balaca ürəyim üçün çoxdur".
Qeyd edək ki, senətçinin Barankilyadakı Metropolitano stadionunun yaxınlığında daha bir abidəsi var.