İranın İraqda dəstəklədiyi Hizbullah qruplaşmasının zabiti Dər Həsən Əli Əlamiri İraqın Babil əyalətində Amerikanın aviazərbəsi nəticəsində həlak olub.

"Unikal" xəbər verir ki, Amerika İraqın Vasit və Babil əyalətlərində İran rejiminə bağlı Ən-Nucəba və Hizbullah yaraqlılarının yerləşdiyi hərbi bazalara aviazərbələr endirib.
Amerikanın Müdafiə Nazirliyi zərbələrin Ərbil hava limanına üç ABŞ əsgərinin yaralanmasına səbəb olan dron hücumuna cavab olduğunu təsdiqləyib.
 Həşd əl-Şəəbi rəsmiləri ABŞ-ın hücumunu təsdiqləyib və ağır itkilər olduğunu bildiriblər.