İzmirdə bıçaqlanan şəxs aparıldığı xəstəxanada yenidən bıçaqlanıb. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı A.Ö küçədə naməlum şəxslə mübahisə edib. Davaya çevrilən hadisədə tərəflər bir-birinə bıçaqla xəsarət yetiriblər. A.Ö yaxınları tərəfindən İzmir Tepecik Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Dəhşətlisi budur ki, naməlum şəxslər kişinin izinə düşüb və onu aparıldığı xəstəxanada yenidən bıçaqlayıblar. Həkimlərin müdaxiləsi nəticəsində A.Ö-nin həyatını xilas etmək mümkün olub.  

Hadisəni törədən şəxslər saxlanılıb.  Məlum olub ki, A.Ö ilə həmin şəxslər arasında düşmənçilik münasibətləri var. 

Gülayə Mecid