Prezident İlham Əliyev “Banklar haqqında” qanunda dəyişiklik edilməsi qanunu təsdiqləyib.
"Unikal" xəbər verir ki, yenilənmiş qanuna əsasən, müflis elan olunmuş bankın aktivlərinin onun kreditorları arasında bölünməsinin növbəliliyinə dəyişiklik edilib.
Belə ki, 7-ci növbədə olan "Bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər, büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər" "Dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər"lə əvəz edilib.