Tbilisinin kənarındakı Varketili ərazisində plastik məmulatlar anbarında baş verib.

"Unikal" xəbər verir ki, bu barədə "Rustavi 2" televiziyası məlumat yayıb. 

Məlumata görə, hadisə yerinə yanğınsöndürmə və xilasetmə xidmətinin nümayəndələri cəlb olunub. Yanğının söndürülməsi istiqamətində iş aparılır.

Anbar "Hualing" ticarət mərkəzinin ərazisində yerləşir.

Ağarza Elçinoğlu