İranın Əlborz vilayətində “silahlı soyğunçuluq” ittihamı ilə mühakimə olunan 5 nəfər edam edilib. 

"Unikal" İran KİV-lərinə istinadən xəbər verir  ki, 14 silahlı soyğunda iştirak edən 5 nəfərin edam cəzasının Kerece Mərkəzi Həbsxanasında icra olunduğunu açıqlanıb. 

Xəbərdə sözügedən şəxslərin quldurluqda odlu və odsuz silahlardan istifadə etdikləri, ölkənin müxtəlif yerlərində yük və yük maşınlarının yolunu kəsdikləri və oğurluq zamanı biri əlil olmaqla 3 nəfərin qulaqlarını kəsdikləri bildirilib. 

Qeyd olunub ki, oğurluğu polis geyimində törədən sözügedən şəxslər “Dəstə şəklində silahlı soyğunçuluq, yolları təhlükəli vəziyyətə salmaq, camaatda qorxu yaratmaq, ictimai əmlaka ziyan vurmaq” maddələri ilə mühakimə olunublar.