Rusiyanın kütləvi raket hücumundan sonra Kiyevdə bir günlük matəm elan edilib.

"Unikal" xəbər verir ki, yanvarın 1-dən qüvvəyə minəcək. Bu barədə Kiyev meri Vitali Kliçko öz Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, dekabrın 29-da düşmənin hücumu ölkənin çox sayda dinc əhali öldürülüb. “Şevçenkovski rayonunda anbar binasının dağıntıları altından 16 qurbanın cəsədi çıxarılıb. Xilasedicilər hadisə yerində işlərini davam etdirirlər”, - deyə Kliçko bildirib.
Xatırladaq ki, dekabrın 29-da səhər saatlarında Rusiyanın Zaporojyada həyata keçirdiyi raket hücumu nəticəsində ölənlərin sayı 9-a çatıb, dekabrın 30-u şəhərdə matəm günü elan edilib. Odessa və Dneprdə də matəm günü elan edilib.