Yaponiyadakı zəlzələdə ölənlərin sayı 55 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə regional hakimiyyət orqanları tərəfindən məlumat verilib.

Bildirilib ki, 100-dən çox insan yaralanıb, onlardan 17-si ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Ölənlərin və xəsarət alanların əksəriyyəti İşikava prefekturasının sakinləridir. 

***12:57

Yaponiyada baş verən zəlzələdə ölənlərin sayı 48 nəfərə çatıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, zəlzələ nəticəsində minlərlə bina dağılıb. Hazırda təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün müvafiq qurumlar və əsgərlər zəlzələ baş verən ərazilərdədir.

Həmçinin əlavə edilib ki, Yaponiyada yeraltı təkanlar artıq ikinci gündür ki, davam edir.