Tbilisidə "TBC Bank"ın filiallarından birindən pul oğurlamağa cəhd edən silahlı şəxs həbs edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi açıqlayıb. 

Bildirib ki, polis əməkdaşları Tbilisidə əvvəllər quldurluq və qanunsuz olaraq odlu silah əldə etmək, saxlamaq və gəzdirmək ittihamı ilə məhkum olunmuş 40 yaşlı kişini həbs ediblər.

Saxlanılan şəxsi 7 ilə qədər həbs gözləyir.

Ağarza Elçinoğlu