Ermənistanda polislərin attestasiyasında iştirak edənlərin təqribən 40 faizi "IQ" testindən keçə bilməyib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyindən "Sputnik Armenia"ya məlumat verilib.

Məlumata görə, attestasiya prosesində bütünlükdə 1100 nəfər polis əməkdaşı iştirak edib, onlardan yalnız 190-ı bütün mərhələlərdən keçməyə müvəffəq olub.

Qeyd olunub ki, attestasiya fiziki və atəş hazırlığı, "IQ" testi, peşəkar səriştənin yoxlanılması və müsahibə olmaqla, 4 mərhələdən ibarətdir.