"Son vaxtlar Türkiyəyə təzyiqlər artıb".

"Unikal" xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri bildirib ki, bunun əsas səbəbi Ankaranın Yaxın Şərqdəki durumla bağlı ortaya qoyduğu mövqedir.

"Milli Kəşfiyyat İdarəmiz həm daxildə, həm də xaricdə düşmənə layiqli cavab verir. Türkiyə Silahlı Qüvvələri terrorçuları məhv edir. Ölkəmiz artıq tam müstəqildir. Əvvəlki Türkiyəyə öyrəşənlərin bundan narahat olmaları təbiidir", - deyə Ərdoğan qeyd edib.