ABŞ dövlət katibi Entoni Blinken Türkiyəyə səfər edib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller "X" hesabında paylaşım edib.

“Dövlət katibi Blinken İstanbula gəlib. Türkiyə uzunmüddətli tərəfdaş, NATO-nun dəyərli müttəfiqidir və Qəzzada münaqişənin yayılmasının qarşısının alınması da daxil olmaqla regional təhlükəsizlik məsələlərinin həllində mühüm rol oynayır", o, paylaşımında bildirib.

***20:42

ABŞ dövlət katibi Antoni Blinken Türkiyəyə səfərə gəlib.

"Unikal" xəbər verir ki, Blinkenin xarici işlər naziri Hakan Fidanla görüşü gözlənilir.