Qəbələdə avtomobil kanala aşıb, xəsarət alanlar var.

"Unikal" xəbər verir ki hadisə Qəbələ-Ağdaş avtomobil yolunun rayonun Hacallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Chevrolet Cruze" markalı minik avtomobili yoldan çıxaraq kanala aşıb. Nəticədə avtomobildə olan 2 nəfər Şamaxı rayon sakinləri sürücü - Elsəvər Qədimov və onun həyat yoldaşı Nigar Qədimova müxlətif dərəcəli bədən xəsarətləri alıblar. 

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli