ABŞ-ın Nyu-York şəhərində sinaqoqun altında qanunsuz tikilmiş tunellərin olduğu üzə çıxıb.

"Unikal" xəbər verir ki, Polis ABŞ-ın Nyu-York ştatının Bruklin Crown Heights səmtində 770 Eastern Parkway ünvanında yerləşən və yəhudilərin sıx şəkildə istifadə etdiyi Chabad-Lubavitch World Headquarters sinaqoquna basqın edib. Reyd zamanı sinaqoqun altında qazılmış gizli tunellər aşkarlanıb. Bu arada sinaqoqda təhsil alan tələbələr də daxil olmaqla, polisə müqavimət göstərən və tunellərdən keçərək qaçmağa çalışan şəxslər saxlanılıb.

Sosial media hesablarında “pandemiya dövründə gizli ibadət məqsədilə tunellər qazılıb” və ya “qadınların içəri girə bilsinlər” kimi iddialar yayılsa da, polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

ABŞ mediasına əks olunan bəzi xəbərlərdə 6 ay əvvələ qədər tunel qazma ilə bağlı işlərin olduğu iddia edilmişdi.

Sosial media hesablarına əks olunan görüntülərdə qazılan bəzi hissələrdə çirkli və köhnə çarpayılar və taxta örtük hissələri diqqət çəkib.