Tottenhem Hotspur” və İngiltərə millisinin müdafiəçisi Erik Dayer tezliklə “Bavariya” ilə müqavilə imzalayacaq.

"Unikal" xəbər verir ki, bu barədə tanınmış futbol insayderi Fabrisio Romano xəbər verib.

Onun sözlərinə görə, Dayer Almaniya klubuna transferinin məbləği 4 milyon avro olacaq.

Erik Dayer 2014-cü ildən “Tottenhem”də çıxış edir. Futbolçu bütün rəsmi turnirlərdə komandanın tərkibində 365 oyun keçirib, 13 qol vurub və 12 məhsuldar ötürmə edib.