Birbank Biznes hüquqi şəxslər və fərdi sahibkarlar üçün kredit xəttindən istifadəyə dair yeni onlayn xidmət təqdim edir. Belə ki, Birbank Biznes istifadəçiləri artıq kredit xəttindən istifadəni tam olaraq onlayn formada edə biləcək, əlavə vaxt itkisinin qarşısını almış olacaqlar.
"Unikal" xəbər verir ki, xidmət tam rəqəmsal olaraq məsafədən həyata keçirildiyi üçün müraciəti həm ölkə daxilində, həm də ölkə xaricindən etmək mümkündür. Artıq kredit xəttinin istifadəsi üçün vaxt itirərək bank filialına gəlməyə, müştəri menecerinə müraciət etməyə ehtiyac yoxdur.
Müraciət üçün link: https://my.birbank.business/login
Qeyd edək ki, Birbank Biznes-də biznes sahiblərinin mütəmadi istifadə etdiyi bir sıra xidmətlər var:
- Biznes bank hesablarının açılması
- Təcili köçürmələr, milli və xarici valyutada köçürmələr
- Nağdsız ödənişlər
- Əməkhaqqı və biznes kartların sifarişi, çatdırılması və onlara mədaxil
- POS-terminal sifarişi, POS əməliyyatlarının onlayn izlənilməsi və çıxarışların əldə
olunması
- Cari və kart hesabından QR-nağdlaşdırma
- Sənəd dövriyyəsi və sənədlərin kütləvi imzalanması
- Biznes krediti və bank qarantiyaları
- Mobil POS, e-ticarət və “Kliklə ödə” xidmətləri
- Açıq Bankçılıq Xidmətləri
- Özəl tarif paketləri və s.
Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.