Ümid edirəm ki, Azərbaycan və Ermənistan yaxın gələcəkdə sülh sazişi imzalayacaqlar.
"Unikal" "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib.
"Mən Azərbaycan və Ermənistan liderlərinin mövqeyini bilirəm ki, onlar bir-biri ilə ikitərəfli səviyyədə münasibətlər qurmaq istəyirlər. Şəxsən mən hesab edirəm ki, bu, düzgün yoldur, çünki bu qədər çox vasitəçi və maraqlı tərəflə proses bəzən daha mübahisəli və əks-məhsuldar olur. Gürcüstanın qonşu dövlətlərlə çox sıx və tərəfdaşlıq münasibətləri var, onlar bizim qardaş və dostumuzdur. Ona görə də onlara uğurlar arzulayıram", - Qaribaşvili qeyd edib.
Ağarza Elçinoğlu