"Çelsi" futbolçusu Dieqo Moreyranı geri qaytarıb.
"Unikal" xəbər verir ki, onun "Lion" ilə icarə müqaviləsinə xitam verilib. Bu barədə klubun saytı məlumat yayıb.
Moreyra 2023-cü ilin iyunundan "Çelsi"nin futbolçusudur. O, London təmsilçisinə "Benfika"dan keçib. Portuqaliyalının "Çelsi" ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.