Ümumdünya Səhiyyə Təşkilatı Avropa regionunda qızılcaya yoluxma hallarının 30 dəfə artdığını açıqlayıb.

"Unikal" xəbər verir ki, hesabata görə, 2023-cü ildə regionun 53 ölkəsindən 40-da 30 mindən çox qızılcaya yoluxma halı qeydə alınıbsa, 2022-ci ildə bu rəqəm 941 olub. Təxminən 21 min nəfər xəstəxanaya yerləşdirilib, 5 nəfər ölüb.

Bildirilir ki, qızılcaya yoluxma halları dünyanın bir çox ölkələrində qeydə alınıb və orada aradan qaldırılmış hesab edilib. Bu səbəbdən ÜST Avropa ölkələrini uşaqların 95 faizindən çoxunu qızılcaya qarşı peyvənd etməyə çağırıb.