Formula 1 üzrə dünya çempionatında iştirak edən “Ferrari” komandası sürücüsü Şarl Leklerlə müqavilənin müddətini uzadıb.
"Unikal" xəbər verir ki, yeni sözləşmənin müddəti və digər detalları açıqlanmayıb.
Daha əvvəl bəzi KİV-lər İtaliya komandasının monakolu sürücüyə 5 illik müqavilə təklif etməyə hazır olduğunu yazıb.
Qeyd edək ki, Şarl Leklerin “Ferrari” ilə əvvəlki anlaşması 2024-cü ilin sonunda başa çatmalı idi.