Əgər Rusiya prezidenti Vladimir Putin Ukraynada qalib gəlsə, onun yenidən güc tətbiq edəcəyi təhlükəsi var. 

"Unikal" xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq brifinqdə deyib.

"Bütün NATO tərəfdaşları və Avropa İttifaqı birləşməli və bu kritik anda Ukraynaya daha çox maliyyə ayırmalıdır, çünki Putin Ukraynada qalib gələrsə, onun yenidən güc tətbiq etməsi riski böyükdür", - deyə Stoltenberq qeyd edib. 

Ağarza Elçinoğlu