İngiltərənin “Liverpul” komandasının baş məşqçisi Yurgen Klopp Mersisayd təmsilçisini tərk edəcək.
"Unikal" xəbər verir ki, almaniyalı mütəxəssis bu mövsümün sonunda komandadan ayrılacağını söyləyib.
“Başa düşürəm, bir çoxları xəbəri eşidəndə şoka düşəcək. Amma bunu açıq-aydın elan edirəm. Mən bu klubla, şəhərlə, azarkeşlərimizlə bağlı hər şeyi sevirəm. Amma qərarımdan əminəm. İş ondadır ki, enerjim tükənir. İndi heç bir problemim yoxdur. Amma nə vaxtsa bunu açıqlamalı olduğumu çoxdan bilirdim. Birlikdə keçirdiyimiz bütün illərdən sonra bu komandaya hörmətim və sevgim artdı”, - Klopp bildirib.