Fransa Konstitusiya Məhkəməsi prezident Emmanuel Makronun yeni immiqrasiya qanununu ayrı-seçkilik hesab edərək onu ləğv edib.

"Unikal" xəbər verir ki, bu barədə "El Pais" məlumat yayıb. 

Hakimlər Makronun ifrat sağçı "Milli Mitinq" partiyasının nümayəndələri ilə razılaşdığı mətnin miqrantların sadələşdirilmiş deportasiyası haqqında qanunun ölkə konstitusiyasına zidd olduğunu vurğulayıblar.

Məlumata görə, qanun layihəsinin mətni ifrat sağçıların tarixi şüarı olan "milli üstünlük" forması adlandırılıb. Bundan əlavə, məhkəmə əcnəbilərin əsas sosial müavinətlərə çıxışının məhdudlaşdırılmasını ayrı-seçkilik tədbiri kimi qiymətləndirir.

Ağarza Elçinoğlu