"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola zədəli futbolçusu Erlinq Haalandın durumu haqda danışıb.
"Unikal" klubun saytına istinadən xəbər verir ki, mütəxəssis hücumçunun sağalmağa yaxın olduğunu, lakin İngiltərə Liqa Kuboku çərçivəsində "Tottenhem"ə qarşı bugünkü matçı buraxacağını bildirib:
“Haaland geri qayıtmaq ərəfəsindədir. Amma "Tottenhem"lə matça hazır olmayacaq. Haaland son 2 gündə bir neçə məşq keçirdi. Bu, hələ də mükəmməl deyil, ona görə də bir az da gözləyəcəyik”.
Qeyd edək ki, bu gün keçiriləcək "Tottenhem" - "Mançester Siti" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.