Ümid edirik ki, İrəvan və Bakı tezliklə sülh sazişini imzalayacaqlar.

"Unikal" xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransı zamanı bildirib.

"Biz tarixən çox güclü müttəfiq və dostlarıq, təkcə qonşu deyilik. Biz faktiki olaraq strateji tərəfdaş idik, lakin bu gün biz strateji tərəfdaşlıq sazişi imzaladıq.

Ümid edirəm ki, Ermənistan və Azərbaycan tezliklə sülh sazişini imzalayacaqlar və bu, şübhəsiz ki, ölkələrdə sülhü təşviq edəcək və möhkəmləndirəcək", - deyə Qaribaşvili açıqlayıb. 

Ağarza Elçinoğlu