Türkiyənin Mersin şəhərinin Akdeniz rayonunda sitrus meyvələri qablaşdırma fabrikində yanğın baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Əraziyə 112 ədəd Təcili Tibbi Yardım, polis və xilasetmə qrupları cəlb olunub. 

Yanğının başvermə səbəbləri bilinmir. Xəsarət alanların olması barədə məlumat açıqlanmayıb. 

Ağarza Elçinoğlu