Futbol üzrə Azərbaycan Premyer Liqasında 20-ci turun daha bir oyunu keçirilib.

"Unikal" xəbər verir ki, günün ilk matçında "Qarabağ" "Kəpəz"lə qarşılaşıb.

Qəbələ şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Birinci pillədəki "Qarabağ" xallarının sayını 47-yə çatdırıb. 17 xala malik "Kəpəz" 9-cu sıradadır.