Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefa verib.

"Unikal"  xəbər verir ki,Baş nazir bu barədə hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.

Gələcəklə bağlı planlardan danışarkən o, hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının sədri vəzifəsini tutmaq təklifini qəbul etdiyini qeyd edib.

Xatırladaq ki, Qaribaşvili iki dəfə baş nazir olub: 2021-ci ildən 2024-cü ilə qədər və 2013-cü ildən 2015-ci ilə qədər.

Əvvəlcə Qaribaşvili Daxili İşlər Nazirliyinə rəhbərlik edib, sonra 2013-cü ildən Baş nazir vəzifəsinə təyin edilib.  Qaribaşvili o zaman Gürcüstan tarixində ən gənc baş nazir ( 31 yaş) olaraq tarixə düşüb. 

***13:18

Gürcüstan hökumətində və hakim partiyasında kadr dəyişiklikləri gözlənilir

"Unikal" xəbər verir ki,  bu barədə Gürcüstanın müxalif “Mtavari” telekanalı məlumat yayıb.

"Partiya sədri postuna hazırkı baş nazir İrakli Qaribaşvili namizədliyini irəli sürür. Lakin bu vəzifəni Bidzina İvanişvilinin oğlu Uta İvanişvilinin tutacağı istisna edilmir",-  telekanal qeyd edib. 

Gülayə Mecid