Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi və əməkdaşları ilə görüşüb.

"Unikal" xəbər verir ki, görüş zamanı ona Xidmətin formalaşdırılması üzrə işlərin gedişi və 2024-cü il üçün fəaliyyət planı barədə məlumat verilib.
Müasir çağırışlara qarşı mübarizə, o cümlədən Xarici Kəşfiyyat Xidmətinin dövlətin inkişafındakı rolu və fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Baş nazir Xidmət qarşısında konkret tapşırıq və göstərişlər qoyub.