Britaniya taxt-tacının varisi Şahzadə Uilyamın həyat yoldaşı Keyt Middlton qarın nahiyəsindən əməliyyat olunduqdan sonra xəstəxanadan buraxılıb.

"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Middlton 14 gün xəstəxanada qalıb.

Onun yaxın gələcəkdə evdə sağalmağa davam edəcəyi və ən azı 2024-cü il mayın 5-də qeyd olunan Katolik Pasxa bayramına qədər rəsmi tədbirlərdə iştirak etməyəcəyi gözlənilir.