Futbolçu Sergey Rojok Ukraynada xüsusi hərbi əməliyyat zonasında həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb.
Ukrayna Silahlı Qüvvələrinə qatılan idmançının 37 yaşı var idi. O, Kiyev “Dinamo”sunun yetirməsi olub, həmçinin “Slavutiç”, Kiyev CSKA, Xarkov, “Obolon”, Minsk klublarında çıxış edib.
Yarımmüdafiəçi Ukraynanın 17 yaşadək futbolçulardan ibarət millisində və Ukraynanın 21 yaşadək futbolçulardan ibarət gənclər komandasında daçıxış edib.