Avropa İttifaqı ölkələrinin müdafiə sənayesi Rusiyanın hərbi əməliyyatları nəticəsində yaranan Ukrayna ehtiyaclarına hazır deyildi.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cozef Borrell deyib. 

"Ukraynadakı müharibə göstərdi ki, bu sənaye bizim üzləşdiyimiz çağırışlara cavab verməkdən nə qədər uzaqdır", - deyə diplomat bildirib. 

O qeyd edib ki, Aİ-nin Ukraynaya hərbi yardımının böyük hissəsi mövcud silah ehtiyatları hesabına olub: "Ukraynaya dəstək Avropa ölkələrinin hərbi sənayesinin bərpası ilə bərabər olmalıdır. Aİ dövlətləri Rusiya hərbi əməliyyatları başlayandan bəri Ukraynaya görünməmiş yardım edib. Avropa İttifaqı Kiyevi təxminən 30 milyard avro dəyərində silah və sursatla təmin edib və 40 minə yaxın ukraynalı əsgərə təlim keçib".

Ağarza Elçinoğlu