"Rusiya Federasiyası İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin önündə törədilən vandalizm aktını qətiyyətlə pisləyir".

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, bu cür hərəkətlərə respublikada Rusiya Federasiyasını ləkələmək üçün başladılan ictimai kampaniya şərait yaradır. 

Qeyd edək ki, İrəvanda İkinci dünya müharibəsi dövründə mühasirədən sağ çıxmış Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidə təhqir olunub.

Nuranə Abbasova