Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bütün namizədlər üçün eyni şəraitin yaradıldığını deyib.
"Unikal"ın məlumatına görə, MSK sədri bildirib ki, namizədlər harada görüş keçirmək istəyiblərsə, hər birinə şərait yaradılıb:
"Bütün müraciət edənlərdən bir tələbimiz olub ki, əgər bir namizədə şərait yaradılıbsa, bütün namizədlərə yaradılmalıdır. MSK olaraq bununla bağlı əlimizdən gələni etmişik. Bütün namizədlər də bu tələblərə riayət edib".