"Çox rahat və şəffaf şəkildə səs verdim".
"Unikal" xəbər verir ki, bunu 1 saylı Bakı Təcridxanasının Sabunçu rayon 29 saylı seçki dairəsi üzrə 38 saylı seçki məntəqəsində səsverən məhkum Əli Vəliyev deyib.
O bildirib ki, səsvermə hüququ təmin edilib:
"Cəzaçəkmə müəssisəsində olduğum müddətdə ilk dəfədir səs verirəm. Tam rahat şəkildə istədiyim namizədə, gələcəyimizə, firavanlığımıza, qələbəmizə səs verdim"
Anar Kəlbiyev