Prezidentliyə namizəd Fuad Əliyev növbədənkənar prezident seçkilərində səs verib.

"Unikal"ın məlumatına görə, o, 34 saylı Xətai II Seçki Dairəsinin 19 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Bu məntəqənin seçici siyahısında 1409 nəfərin adı var.

*** 12:17

Prezidentliyə namizəd Elşad Musayev növbədənkənar prezident seçkisində səs verib.

"Unikal"ın xəbərinə görə, o, 19 saylı Nərimanov birinci seçki dairəsinin 3 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Bu məntəqənin seçici siyahısında 1367 nəfərin adı var.

*** 

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev növbədənkənar prezident seçkilərində səsvermədə iştirak edib.

"Unikal" xəbər verir ki, o, 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 12 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

*** 11:17

Prezidentliyə namizəd Zahid Oruc növbədənkənar prezident seçkilərində səs verib.

"Unikal" xəbər verir ki, o, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

***

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev növbədənkənar prezident seçkilərində səs verib.

"Unikal" xəbər verir ki, Qüdrət Həsənquliyev 7 saylı Səbail seçki dairəsinin 38 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

***

10:20

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa növbədənkənar prezident seçkilərində səs verib.

"Unikal" xəbər verir ki, Fazil Mustafa 26 saylı Sabunçu birinci seçki dairəsinin 13 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.