Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermədə saat 17:00-a olan seçici fəallığı açıqlanıb.

“Unikal” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, saat 17:00-a qədər respublika üzrə 4590075 nəfər səs verib. Seçici fəallığı 70,85 faiz olub.

Hesabat vermiş məntəqələrin sayı 6521-dir.

***

15:37

Azərbaycanda növbədənkənar Prezident seçkilərinin saat 15:00-a olan nəticələri məlum olub.

"Unikal" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

Bildirilib ki, növbədənkənar prezident seçkilərində respublika üzrə seçici fəallığı 60,54 faizdir: "3 milyon 922 min 187 nəfər nəfər səs verib".

*** 

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə prosesində saat 12:00-a olan seçici fəallığını açıqlayıb.

"Unikal"ın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 12.00-a qədər respublika üzrə -2499033 nəfər səs verib, seçici fəallığı 38,57 faiz olub.

*** 10:40

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə prosesində saat 10:00-a olan seçici fəallığını açıqlayıb.

"Unikal" xəbər verir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 10.00-a qədər respublika üzrə 1259371 nəfər səs verib, seçici fəallığı 19,44% faiz olub.

Qeyd edək ki, növbədənkənar prezident seçkilərinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.